CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin Akademiyasında baxış tədbirləri həyata keçirib

Bakı, 27 iyul, AZƏRTAC

Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin əməkdaşları Fövqəladə Hallar Nazirliyinin (FHN) təsdiq olunmuş əmrinə uyğun olaraq, “Mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyi və su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması sahəsində Fövqəladə Hallar Nazirliyinin hazırlığı üzrə Təşkilati-metodiki göstərişlər”in icrasının təmin edilməsi məqsədilə nazirliyin Akademiyasında baxış tədbirləri həyata keçiriblər.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, baxış zamanı fəaliyyətin müvafiq normativ-hüquqi aktların tələblərinə uyğun təşkil edilməsi, şəxsi heyətin döyüş və peşə hazırlığı vəziyyəti, nizam-intizamı, sıra hazırlığı, geyim formasının düzgün daşınması, xidmətin təşkili, fiziki hazırlıq üzrə normativlərin yerinə yetirilməsi, zabit heyətinin peşə hazırlığı üzrə bilik səviyyələrinin artırılması, mövcud texnika və avadanlıqların hazır vəziyyətdə saxlanılması, növbətçilik sisteminin qurulması, günün nizam qaydalarının tələblərinə riayət olunması, tibbi təminat və mənəvi-psixoloji vəziyyət, tədris işinin təşkili, texniki təhlükəsizlik qaydalarına riayət olunması diqqət mərkəzində olub. Eyni zamanda, Akademiyada tədris işinin, o cümlədən açıq dərslərin təşkili, fənn proqramları, tədris ilində keçiriləcək dərslər, kafedraların fəaliyyəti üzrə görüləcək işlər, əsas və təkrar imtahanlar, dərs cədvəlləri, qruplar üzrə semestr imtahanlarının yekun nəticələri, eləcə də tədris prosesini tənzimləyən normativ sənədlərin mövcudluğu və sair məsələlər də nəzərdən keçirilib.

Baxış zamanı zərurət yarandığı hallarda əməli kömək göstərilib, həmçinin aşkarlanmış nöqsan və çatışmazlıqların aradan qaldırılmasına dair müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.