CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi beynəlxalq konfransda iştirak edib

Bakı, 30 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasının rəisi general-mayor Baba Salayev Rusiya Federasiyasının Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Akademiyasının təşkilatçılığı ilə onlayn rejimdə keçirilmiş “Texnosferin təhlükəsizliyi, problemləri, perspektivləri” adlı V Beynəlxalq elmi-praktiki konfransda iştirak edib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə çıxış edən general-mayor B.Salayev fövqəladə hallar probleminin ayrı-ayrı aspektlərinin elmi əsasları ilə bağlı fikir mübadiləsinin aparılması üçün belə tədbirlərin yaxşı imkanlar yaratdığını qeyd edib. O, dövlət və texnosfer təhlükəsizliyi sahəsində, xüsusilə də mülki müdafiə işinin təşkilində müasir idarəçilik metodlarının elmi əsaslarının hərtərəfli tədqiqinin aparılmasının vacibliyini diqqətə çatdırıb. Eyni zamanda, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sistemlərinin inkişafı və problemlərin səmərəli həlli üçün mülki müdafiə qüvvələrinin aidiyyəti icra hakimiyyəti orqanları ilə sıx qarşılıqlı əlaqəsi ilə yanaşı, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb.

Sonra konfransda digər çıxışlar dinlənilib, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.