CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi taktiki-xüsusi təlim keçirib

Bakı, 17 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi noyabrın 17-də Liman şəhər Neft Bazasında “Fövqəladə hallar zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin təşkili və aparılması” mövzusunda taktiki-xüsusi təlim keçirib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, təlimdə Cənub Regional Mərkəzinin, Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin, Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin, Təcili təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Liman şəhər Neft Bazasının qüvvə və vasitələri iştirak edib. Təlimə, ümumilikdə 90 nəfərlik şəxsi heyət və 9 texnika cəlb olunub.

Təlimin keçirilməsində məqsəd fövqəladə hallar zamanı komandir-rəis heyətinin yaranmış vəziyyətin operativ qiymətləndirilməsi, idarəetmə və fəaliyyətin təşkili sahəsində təcrübələrinin daha da artırılması, şəxsi heyətin peşəkar vərdişlərinin gücləndirilməsi, aidiyyəti yerli icra hakimiyyəti orqanları və FHN-in qurumları arasında qarşılıqlı əlaqənin təşkili, əsas qüvvə və vasitələrin hazır vəziyyətə gətirilməsi, kəşfiyyat, axtarış-xilasetmə, yanğın baş vermiş obyektlərdə və qəzalı vəziyyətdə olan binada yanğınsöndürmə və xilasetmə əməliyyatlarının aparılması, zərərçəkənlərin ilkin həyat təminatının təşkili, fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində zəruri tədbirlərin reallaşdırılmasıdır.

Təlim başa çatdıqdan sonra nəticələr ətraflı təhlil edilib, cəlb edilən qurumların fəaliyyətinə dair məruzələr dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.