CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi təlim keçirib
Bakı, 6 iyul, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi “Nəqliyyat qəzaları zamanı xilasetmə əməliyyatları” mövzusunda təlim keçirib.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin keçirilməsində məqsəd nəqliyyat qəzaları zamanı deformasiyaya uğramış avtomobildən zərərçəkmişlərin xilas edilməsi üzrə xilasedicilərin bilik və bacarıqlarının artırılması, həmçinin xilasetmə qrup komandirlərinin hadisə zamanı effektiv idarəetmə vərdişlərinin təkmilləşdirilməsi olub.
Təlim zamanı xilasedicilər tərəfindən şərti nəqliyyat qəzası zamanı avtomobildə baş vermiş “yanğın” söndürülüb, deformasiyaya uğramış avtomobildən “zərərçəkmiş xilas edilərək təxirəsalınmaz ilkin tibbi yardım göstərilib”.
Uğurla keçirilmiş təlimin sonunda əldə edilmiş nəticələr müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.03.2024 [17:48]
Çoxmərtəbəli binada baş verən yanğın qısa müddətdə söndürülüb
- 19.03.2024 [17:34]
Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
- 19.03.2024 [17:33]
Dövlət Miqrasiya Xidmətinin yaradılmasının 17-ci ildönümü qeyd edilib
- 19.03.2024 [17:06]
Norveç Azərbaycanda COP29-un uğurla keçirilməsinə dəstək verməyə hazırdır
- 19.03.2024 [16:57]
DSX-nin Xüsusi Məktəbində bir gün - VİDEOREPORTAJ
- 19.03.2024 [16:51]
Sükan arxasında huşunu itirən xanıma kömək edən sürücüyə mükafat verilib
- 19.03.2024 [16:48]