CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səhiyyə müəssisələrində maarifləndirmə tədbirlərini davam etdirir

Bakı, 24 noyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti paytaxtın Nərimanov rayonunda yerləşən “New Med” klinikasında yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə səhiyyə müəssisələrində yanğın təhlükəsizliyi normaları barədə söhbət aparılıb, yanğın zamanı zəruri davranış qaydaları izah olunub.

Tədbirdə, həmçinin klinikanın ərazisinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmasının, yanğın zamanı təxliyə planının müvafiq yerlərdən asılmasının vacibliyi diqqətə çatdırılıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.