CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi nəzəri-praktik məşğələ keçirib

Bakı, 15 avqust, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyi (FHN) Gəncə Regional Mərkəzi 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzi ilə qarşılıqlı fəaliyyət planına uyğun olaraq “Yanğın hadisəsi zamanı xilasetmə əməliyyatları” mövzusunda nəzəri-praktik məşğələ keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məşğələdə 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzinin əməkdaşları, FHN-in Gəncə Regional Mərkəzinin rəhbər heyəti, Xüsusi xilasetmə hissəsinin xilasediciləri, FHN-in Akademiyasının kursantları və aidiyyəti üzrə şəxsi heyət iştirak edib.

Əvvəlcə praktik məşğələ barədə, eləcə də nümayiş etdirilən xüsusi xilasetmə alət və avadanlıqlarının iş prinsipləri və taktiki-texniki göstəriciləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Daha sonra 2 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində “yanğın” hadisəsi baş verməsi, xəsarət alanların olması barədə şərti siqnalın verilməsi ilə tədbirin praktiki hissəsinə başlanılıb. Belə ki, mərkəz əməkdaşları təxliyə sxeminə uyğun olaraq təhlükəsiz əraziyə təxliyə olunublar, “xəsarət alanları” Xüsusi xilasetmə hissəsinin xilasedici alpinistləri xüsusi xilasetmə alət və avadanlıqlar vasitəsi ilə şərti hadisə baş verən məkandan çıxarıb. “Yaralılara” ilkin tibbi yardım göstərilib və əraziyə cəlb olunmuş təcili tibbi yardım avtomobili vasitəsi ilə təxliyə ediliblər.

Sonda məşğələ iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.