CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi təlim keçirib

Bakı, 2 iyul, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Şimal Regional Mərkəzi Dövlət Yanğından Mühafizə Xidmətinin Quba, Qusar, Şabran, Siyəzən və Xaçmaz rayonlarında yerləşən yanğından mühafizə hissələrinin qüvvələri ilə birgə təlim keçirib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlimin keçirilməsində məqsəd baş verə biləcək fövqəladə hadisələrlə mübarizə üzrə qarşılıqlı fəaliyyətin təşkili və fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı şəxsi heyətin peşəkar vərdişlərinin təkmilləşdirilməsi olub.

Təlimdə xilasedicilər təlim planına uyğun olaraq qarşıya qoyulmuş tapşırıqları uğurla yerinə yetiriblər.

Sonda şəxsi heyətin fəaliyyəti təhlil olunub, müvafiq tapşırıqlar verilib.

Təlim zamanı qarşıya qoyulan məqsədlərə nail olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.