CƏMİYYƏT
Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı fəxri ad və medallarla təltif edilib
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə və səmərəli fəaliyyətlərinə görə Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşının təltif olunması barədə sərəncamlar imzalayıb.
AZƏRTAC xəbər verir ki, sərəncamlara əsasən, bir nəfərə general-mayor ali hərbi rütbəsi, bir nəfərə isə daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilib. Bundan başqa, iki nəfər 2-ci dərəcəli “Vətənə xidmətə görə”, altı nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif olunub. Həmçinin bir nəfər “Tərəqqi”, 18 nəfər “Hərbi xidmətlərə görə”, 10 nəfər “Dövlət qulluğunda fərqlənməyə görə”, 15 nəfər 3-cü dərəcəli “Fövqəladə hallar orqanlarında xidmətdə fərqlənməyə görə” medallarına layiq görülüb.
Dövlətimizin başçısının digər bir sərəncamı ilə Fövqəladə Hallar Nazirliyində səmərəli fəaliyyətinə görə iki nəfərə “Əməkdar mühəndis” fəxri adı verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]