CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb

Bakı, 15 avqust, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-Sağlamlıq Klubunun əməkdaşı, yüngül atlet Zəkiyyə Həsənova daha bir mötəbər beynəlxalq yarışdan medalla qayıdıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, Zəkiyyə Həsənova növbəti uğuruna Makedoniyanın Skopye şəhərində keçirilən Avropa çempionatında imza atıb. On üç ölkənin təmsil olunduğu çempionatın birinci günü idmançımız 100 metr məsafəyə qaçışda 11,94 saniyə, 4x100 metr məsafəyə estafet qaçışında isə 46,92 saniyə nəticə, yarışların ikinci günü isə 200 metr məsafəyə qaçışda 24,52 saniyə nəticə ilə bürünc medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.