İDMAN


Fövqəladə Hallar Nazirliyinin idmançıları beynəlxalq yarışlarda mükafat qazanıblar

Bakı, 12 noyabr, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) idmançıları bir sıra beynəlxalq yarışda mühüm uğurlar qazanıblar.

FHN-in İdman Sağlamlıq Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, İtaliyanın Bari şəhərində keçirilən parataekvondo üzrə səkkizinci Avropa çempionatında mərkəzin əməkdaşı dördqat dünya, ikiqat Avropa çempionu, Prezident mükafatçısı Aynur Məmmədova (58 kq) bütün döyüşlərdə qalib gələrək yarışın qızıl medalına layiq görülüb. Beləliklə, 18 ölkədən 250-dən çox idmançının mübarizə apardığı yarışda parlaq qələbə qazanan idmançı bu uğuru sayəsində “Tokio 2020” Yay Paralimpiya Oyunlarına vəsiqə qazanıb.

Bundan başqa, Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən və 20 ölkədən 1400-dən çox idmançının qatıldığı karate-do şotokan üzrə Avropa çempionatında iştirak edən FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin mütəxəssis xilasedicisi Gülnarə Əliyeva (+55 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

FHN-in İdman-Sağlamlıq Mərkəzinin rəisi polkovnik Füzuli Musayev idmançılarla görüşərək onları qazandıqları nailiyyətlərə görə təbrik edib, qarşıdakı yarışlarda müvəffəqiyyətlər arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.