İDMAN


Fövqəladə Hallar Nazirliyinin karate komandası Bakı turnirində uğurla çıxış ediblər

Bakı, 25 sentyabr, AZƏRTAC

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Full kontakt Kyokuşin Karate Federasiyasının təşkilatçılığı ilə Hövsan Olimpiya İdman Kompleksində açıq havada karate üzrə paytaxt turniri keçirilib.

Fövqəladə Hallar Nazirliyindən (FHN) AZƏRTAC-a bildiriblər ki, 22 komandadan 100-dən çox idmançının mübarizə apardığı yarışda iştirak edən nazirliyin karate komandası FHN İdman-sağlamlıq mərkəzinin məşqçi müəllimi Qabil Sayadovun rəhbərliyi ilə yüksək nəticələr göstərib.

Yeniyetmələr arasında komandanın üzvləri kumite döyüş növündə Murad Quliyev (30 kiloqramdan yuxarı) İlkin Səmədov (45 kq-dan yuxarı), Elşən Şəhniyarov (50 kq-dan yuxarı), Xədicə Vəkilova (45 kq-dan yuxarı), Sabina İbrahimova (60 kq-dan yuxarı, qadınlar arasında) qızıl, Lalə Mirkamal (45 kq-dan yuxarı), Sadiq Ağayev (35 kq-dan yuxarı), Vüqar Sayadov (55 kq-dan yuxarı), Asim Əliyev (60 kq-dan yuxarı) gümüş, Rəşad Rüstəmzadə (45 kq-dan yuxarı), Yusif Fərəcov (30 kq-dan yuxarı) və Fariz Fərəcov (35 kq-dan yuxarı) bürünc medala sahib olublar.

Kata növündə Lalə Mirkamal, Rəşad Rüstəmzadə, Vüqar Sayadov (55 kq-dan yuxarı), Sabina İbrahimova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Xədicə Vəkilova, Mixail Skorik (40 kq-dan yuxarı) və İlkin Səmədov ikinci yerə çıxıblar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.