CƏBHƏ XƏBƏRLƏRİ


Fövqəladə Hallar Nazirliyinin rəhbər heyəti hazırda Bərdə rayonundadır

Bakı, 28 oktyabr, AZƏRTAC

Xəbər verildiyi kimi, oktyabrın 28-də Bərdə şəhəri növbəti dəfə təcavüzkar Ermənistan tərəfindən raket zərbələrinə məruz qalıb. Hazırkı vəziyyətə görə, nəticədə 21 nəfər həlak olub, 70-ə yaxın insan yaralanıb, bir neçə mülki obyekt dağılıb, çoxsaylı avtomobil yararsız vəziyyətə düşüb.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, hadisə ilə bağlı hazırda Fövqəladə Hallar nazirinin müavinləri tibb xidməti general-leytenantı Faiq Tağı-zadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyev Bərdə rayonundadırlar.

Nazir müavinləri raket zərbələrinin hədəfinə gəldiyi obyektlərə baxış keçirib, vətəndaşlarla görüşüb, yaralılara baş çəkiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.