CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi tərəfindən respublikanın rayonlarında vətəndaşların qəbulu keçiriləcək

Bakı, 22 iyul, AZƏRTAC 

Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyulun 26-da saat 11.00-dan Ağdam rayonunun Quzanlı qəsəbəsində, Nazirliyin Qarabağ Regional Mərkəzinin binasında Ağdam rayon sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, qəbula gələn vətəndaşların qeydiyyatı iyulun 25-də saat 09.00-da Qarabağ Regional Mərkəzinin binasında başlayacaq.

Fövqəladə Hallar nazirinin birinci müavini Rəfail Mirzəyev iyulun 26-da saat 11.00-da Ağcabədi şəhərində, Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında Ağcabədi rayon sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünləri qəbul edəcək. Qəbula gələn vətəndaşların qeydiyyatı iyulun 26-da saat 9.00-da Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında başlayacaq.

Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev tərəfindən isə iyulun 26-da saat 11:00-da Beyləqan şəhərində, Heydər Əliyev Mərkəzinin binasında Beyləqan rayon sakinlərinin və həmin rayonda məskunlaşmış məcburi köçkünlərin qəbulu keçiriləcək. Qəbula gələn vətəndaşların qeydiyyatı iyulun 26-da saat 9:00-da Heydər Əliyev Mərkəzinin binasında başlayacaq.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected]

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.