CƏMİYYƏT


Fövqəladə Hallar Nazirliyinin sabiq vəzifəli şəxsinin qanunsuz əməlləri ilə bağlı cinayət işi başlanıb

Bakı, 3 oktyabr, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin Hacıqabul rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürmə növbəsinin sabiq rəisi İnşallah Nəbiyevin həmin vəzifədə işlədiyi dövrdə aldatma yolu ilə özgənin əmlakını ələ keçirməsi barədə daxil olmuş müraciət əsasında şəhər prokurorluğunda araşdırma aparılıb.

Şirvan Şəhər Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla İnşallah Nəbiyevin Salyan rayonunun Xalac kənd sakinindən sonuncunun oğlunu Fövqəladə Hallar Nazirliyində işə düzələdəcəyini yalandan vəd verərək 3 min 500 manat məbləğində pul vəsaitini alaraq ələ keçirməsinə, bundan sonra cinayət əməlini davam etdirərək oğlunun xidmət yerinin dəyişdirilməsinə kömək edəcəyini yalandan vəd edərək həmin şəxsdən 2 min manat məbləğində pul vəsaitini almaqla ümumilikdə onun 5 min 500 manat məbləğində pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 178.2.2-ci (təkrar dələduzluq) və 178.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq törədilməsi) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.