CƏBHƏ XƏBƏRLƏRİ


Fövqəladə Hallar naziri Gəncədə Ermənistan silahlı qüvvələrinin raket atəşləri nəticəsində dağılmış binalara baxış keçirib

Bakı, 13 oktyabr, AZƏRTAC 

Oktyabrın 13-də Azərbaycan Respublikasının Fövqəladə Hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket atması nəticəsində dağılmış binalara baxış keçirib.

AZƏRTAC xəbər verir ki, nazir Ermənistan ordusunun beynəlxalq hüququn norma və prinsiplərini, habelə humanitar atəşkəs rejimini kobudcasına pozaraq raket zərbələri endirdiyi ərazilərə baxış keçirib, hərbi cinayət nəticəsində dağılmış mülki obyektlər və yaşayış binalarının vəziyyəti ilə tanış olub.

Sakinlərlə görüşən K.Heydərov Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hər zaman Azərbaycan vətəndaşının yanında olduğunu diqqətə çatdıraraq, əhalinin təhlükəsizliyinin təmin edilməsi və mövcud problemlərin aradan qaldırılması ilə bağlı bütün tədbirlərin görüldüyünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.