REGİONLAR
Fövqəladə hallar naziri Ağsuda vətəndaşların müraciətlərini dinləyib VİDEO
Ağsu, 25 fevral, Adil Ağayev, AZƏRTAC
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralın 25-də Ağsuda rayon Yanğından Mühafizə Hissəsinin inzibati binasında vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbulda Ağsu, İsmayıllı, Qəbələ, Şamaxı və Qobustan rayonlarından olan sakinlər iştirak ediblər.
Fövqəladə hallar naziri tərəfindən qəbul edilən 23 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 192, digər məsələlərlə bağlı müraciət etmiş 113 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.
Qəbula gələnlər nazirlə birbaşa görüş üçün yaradılan şəraitdən razılıqlarını bildirib, bölgələrdə bu cür qəbulların təşəbbüskarı Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [20:34]
Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb
- 19.04.2024 [19:30]
Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO
- 19.04.2024 [18:52]
İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib
- 19.04.2024 [18:50]
ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb
- 19.04.2024 [18:15]
“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib
- 19.04.2024 [17:38]