CƏMİYYƏT


Fövqəladə hallar naziri Qəbələ şəhərində vətəndaşlarla görüşüb

Bakı, 19 avqust, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin respublikanın bölgələrində vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, fövqəladə hallar naziri Kəmaləddin Heydərov avqustun 19-da Qəbələ şəhərində, nazirliyin Şimal-qərb Regional Mərkəzinin inzibati binasında Qəbələ və Oğuz rayonlarının sakinlərinin qəbulunu keçirib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi də vətəndaşları qəbul edib.

Ümumilikdə, 200-dən artıq vətəndaşın müraciəti dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.