REGİONLAR
Fövqəladə hallar naziri Qobustanda vətəndaşları qəbul edib VİDEO
Qobustan, 28 aprel, Adil Ağayev, AZƏRTAC
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 28-də Qobustan şəhərində Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ və Qobustan rayonlarının sakinlərini, həmçinin həmin rayonlarda məskunlaşmış məcburi köçkünləri qəbul edib.
AZƏRTAC xəbər verir ki, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 19 vətəndaşın müraciətlərinin bir çoxu yerində öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun operativ olaraq zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.
Bundan başqa, kadr məsələləri ilə bağlı 69, digər məsələlərlə bağlı müraciət etmiş 64 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurumlarının rəhbərliyi tərəfindən qəbul olunub.