CƏMİYYƏT
Fövqəladə hallar naziri Şabranda vətəndaşları qəbul edəcək
Bakı, 23 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov oktyabrın 27-də saat 11.00-dan Şabran şəhərində vətəndaşların qəbulunu keçirəcək.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında keçiriləcək qəbulda yalnız Şabran, Quba, Qusar, Xaçmaz, Siyəzən rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı oktyabrın 26-da saat 09.00-da Şabran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında başlayacaq.
Vətəndaşlar qəbula gələrkən şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.
Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected].