CƏMİYYƏT


Fövqəladə hallar naziri Samuxda vətəndaşları qəbul edəcək

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov sentyabrın 29-da saat 11.00-dan Samux şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda yalnız Gəncə şəhərinin, Samux, Daşkəsən, Gədəbəy, Göygöl rayonlarının sakinləri, həmçinin həmin şəhər və rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq. Vətəndaşların qeydiyyatı Samux şəhərindəki Heydər Əliyev Mərkəzində sentyabrın 28-də saat 09.00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: +994 (12) 512-01-14, e-mail: [email protected].

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.