REGİONLAR


Fövqəladə hallar naziri Siyəzəndə şimal bölgəsindən olan vətəndaşlarla görüşüb

Siyəzən, 29 iyun, Elxan Yusifli, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov iyunun 29-da Siyəzən şəhərində şimal bölgəsindən olan vətəndaşları qəbul edib.

AZƏRTAC xəbər verir ki, qəbulda Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşan məcburi köçkünlərin müraciətlərinə baxılıb.

Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında fövqəladə hallar naziri tərəfindən qəbul edilən vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb. Bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan başqa, kadr məsələləri və digər məsələlərlə bağlı müraciət etmiş vətəndaşlar da nazir müavinləri və nazirliyin müvafiq baş idarə və qurum rəhbərliyi tərəfindən qəbul olunub.

Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti orqanlara çatdırılması üçün qeydiyyata alınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.