CƏMİYYƏT


Fövqəladə hallar naziri Siyəzəndə vətəndaşların qəbulunu keçirəcək

Fövqəladə hallar naziri Siyəzəndə vətəndaşların qəbulunu keçirəcək

Bakı, 20 iyun, AZƏRTAC

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən iyunun 22-də Siyəzən şəhərində, Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 11:00-dan vətəndaşların qəbulu keçiriləcək.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda yalnız Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarının sakinləri və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər.

Qəbulda yalnız nazirliyin səlahiyyətlərinə aid müraciətlərə baxılacaq.

Vətəndaşların qeydiyyatı Siyəzən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında iyunun 21-də saat 09:00-da başlayacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Əlaqə telefonu: 012 512-01-14, e-mail: [email protected].

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.