CƏMİYYƏT


Fövqəladə hallar nazirinin müavini Türkiyədə səfərdədir

Bakı, 13 may, AZƏRTAC

Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin dəvəti ilə qardaş ölkədə rəsmi səfərdə olan Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev mayın 12-də İstanbulda Türkiyənin kənd təsərrüfatı və meşəçilik nazirinin müavini Veysəl Tiryaki ilə görüşüb.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki ölkənin nazir müavinləri ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin Baş əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyev, Beynəlxalq əlaqələr idarəsinin beynəlxalq əməkdaşlıq şöbəsinin baş məsləhətçisi Cavid Zeynalzadə, Türkiyə Respublikasının Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Meşə Baş idarəsinin müdiri Bəkir Karacabəy, İstanbul Regional Meşə müdiri Yusuf Şahin də iştirak ediblər.

İkitərəfli əməkdaşlığımızın dostluq və qardaşlıq əsasında davam etdiyini qeyd edən nazir müavini Etibar Mirzəyev, meşələrin yanğından mühafizəsi və meşə yanğınları ilə mübarizə sahəsində məlumat mübadiləsinin aparılması, həmçinin iki ölkənin müvafiq qurumları arasında meşə yanğınları ilə mübarizə sahəsində gələcəkdə birgə təlimlərin keçirilməsi məsələsinin müzakirə edilməsi üçün Türkiyədə olduğundan məmnunluğunu ifadə edib.

Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan nazir müavini Veysəl Tiryaki 2021-ci ilin iyul-avqust aylarında Türkiyədə baş vermiş genişmiqyaslı meşə yanğınları ilə mübarizə sahəsində göstərilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və qardaş ölkə Azərbaycana minnətdarlığını bildirib. Eyni zamanda, nazir müavini ölkələrimizin aidiyyəti qurumları arasında meşə yanğınları ilə mübarizə sahəsində əlaqələrin daha da genişləndirilməsi üçün göstərilən səylərə görə Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərova təşəkkürünü bildirib.

Görüşdən sonra Azərbaycan nümayəndə heyəti İstanbul Regional Meşə Müdirliyinin Yanğın Koordinasiya Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub, Mərkəzin yanğınla mübarizə sahəsində nailiyyətləri, yeni sistemlərin tətbiqi və gələcəkdə bu sahədə görüləcək işlər barədə geniş məlumat verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.