Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu bəndini rəhbər tutaraq qərara alır:

“Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 714; 2015, № 2, maddə 103, № 10, maddə 1088; Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 78-VQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1. 19.4-cü maddədə “Verilmiş şikayət” sözləri “Bu Qanunun 19.5-ci maddəsinə əsasən intizam tənbehinin tətbiq edilməsinə dair qərarın icrasının dayandırılması barədə qərar qəbul edildiyi hallar istisna olmaqla, verilmiş şikayət” sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 19.5-ci maddə əlavə edilsin:

“19.5. Şikayət verildiyi hallarda, barəsində şikayət olunan intizam tənbehinin tətbiq edilməsinə dair qərarın icrasının dayandırılması ilə bağlı məsələyə, maraqlı şəxsin ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə şikayət instansiyasının öz təşəbbüsü ilə, şikayət instansiyası tərəfindən dərhal baxılır və bu barədə müvafiq qərar qəbul edilir.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin