CƏMİYYƏT


Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində qarşıda duran vəzifələr müzakirə olunub

Bakı, 8 may, AZƏRTAC 

Mayın 8-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Aran Regional Mərkəzində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində FHN-in yerli qurumları ilə rayon icra hakimiyyəti və özünü idarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, qarşıda duran vəzifələr və problemlər” mövzusunda seminar-müşavirə keçirilib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə fövqəladə halların nəticələrinin aradan qaldırılması sahəsində nazirliyin yerli qurumları ilə rayon icra hakimiyyəti və özünü idarəetmə orqanları, eləcə də xidmət sahələri arasında qarşılıqlı fəaliyyət, eləcə də profilaktik tədbirlərin həyata keçirilməsi sahəsində qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsinin əhəmiyyətindən söz açılıb.

Sonra FHN-in Aran Regional Mərkəzinin monitorinq qruplarının dislokasiya ərazisində müxtəlif vaxtlarda keçirdiyi monitorinqlərin nəticələrindən bəhs edən fotoslaydlar nümayiş olunub, problemlər diqqətə çatdırılıb və mövcud çətinliklərin aradan qaldırılması istiqamətində təkliflər dinlənilib.

Sonda mövzulara dair suallar cavablandırılıb və maarifləndirmə xarakterli təbliğat materialları, yaddaş kitabçaları, bukletlər paylanılıb.

Müşavirədə Aran Regional Mərkəzinin, eləcə də mərkəzin əhatə etdiyi şəhər və rayon fövqəladə hallar komissiyasının, yerli icra nümayəndələri və bələdiyyələrin, eləcə də rabitə, ictimai asayişin mühafizəsi, yanğından mühafizə, baytarlıq, enerji, qaz təchizatı, təhsil və səhiyyə üzrə idarələrin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.