DÜNYA


Fox: Donald Tramp Ağ evdə jurnalistlər üçün ənənəvi yeni il gecəsini ləğv edib

Bakı, 13 dekabr, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlər üçün hər il keçirilən ənənəvi yeni il gecəsini ləğv edib.

AZƏRTAC xəbər verir ki, Fox News telekanalının yaydığı məlumata görə, Donald Tramp bu addımı ABŞ-ın əsas informasiya agentlikləri və digər KİV-lərlə münasibətlərinin gərginləşməsi fonunda atıb. On illərdir mütəmadi davam edən və hər il təşkil olunan şam yeməyinə təkcə Ağ evin fəaliyyətini işıqlandıran jurnalistlər deyil, Nyu-Yorkdakı KİV rəhbərləri də gəlirdilər.

Telekanal qeyd edir ki, Donald Tramp və onun həyat yoldaşı Melanya 2017-ci ildə həmin tədbirdə iştirak etmişdilər. Lakin onlar burada çox dayanmamış, fotoşəkil çəkdirmə mərasiminə qatılmamışdılar.

Yeni il gecəsinin ləğv olunması ilə bağlı Ağ evdən hələlik rəsmi bəyanat verilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.