DÜNYA


“Fox News”: Donald Trampa qarşı ittiham “siyasi təmizləmədir”

“Fox News”: Donald Trampa qarşı ittiham “siyasi təmizləmədir”

Bakı, 31 mart, AZƏRTAC

Nyu-York böyük jürisinin ABŞ-nin sabiq prezidenti Donald Trampa qarşı ittiham irəli sürmək barədə qərarı “siyasi təmizləmədir”.

AZƏRTAC xəbər verir ki, bunu martın 30-da “Fox News” telekanalının aparıcısı Taker Karlson efirdə deyib.

Bir müddət öncə Ağ evin sabiq rəhbəri özünə qarşı istintaqı 2024-cü il prezident seçkiləri ilə bağlı “cadugər ovu” adlandırıb.

“The New York Times” qəzetinin məlumatına görə, martın 30-da Nyu-Yorkun böyük jürisi aktrisa Stormi Denielsə pul ödəmək üçün “Trump Organization” kompaniyasının maliyyə sənədlərini saxtalaşdırması ilə bağlı Donald Trampa qarşı ittiham irəli sürülməsini dəstəkləyib. İttihama görə, vəkil Maykl Koen 2016-cı ildə keçirilən seçki kompaniyası zamanı Donald Trampla əlaqəsi barədə məlumat yaymaması, yəni susması üçün aktrisaya 130 min dollar ödəyib. Nyu-York Cənub dairə prokurorluğunun versiyasına görə, sabiq prezident sonradan “Trump Organization” kompaniyasının sənədlərini saxtalaşdırmaqla ödənilən həmin vəsaiti kompensasiya edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.