DÜNYA


“Fox News”: Prokurorluq Nikolas Kruz üçün ölüm cəzası tələb edəcək

Bakı, 14 mart, AZƏRTAC

Prokurorluq ABŞ-ın Florida ştatının Parklend şəhərindəki məktəbdə 17 adamı güllələmiş 19 yaşlı Nikolas Kruz barəsində ölüm hökmü verilməsinə çalışacaq.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, “Fox News” telekanalının yaydığı məlumata görə, məhkəmə Fort-Loderdeyl şəhərində keçirilir. Nikolas Kruz Florida ştatının Brouard dairəsindəki həbsxanadadır. Bundan əvvəl Nikolas Kruzun vəkilləri bildiriblər ki, prokurorluq ölüm hökmü tələb etməyib, ömürlük həbs cəzası ilə kifayətlənərsə, oğlan təqsirini etiraf etməyə hazırdır.

Xatırladaq ki, Parklend şəhərindəki “Marcori Stounmen Duqlas” məktəbində faciə fevralın 14-də baş verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.