ELM VƏ TƏHSİL
Fraktal həndəsənin kompüter dizaynında perspektivləri araşdırılıb
Bakı, 15 oktyabr AZƏRTAC
AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda fraktal həndəsənin kompüter dizaynında perspektivləri araşdırılıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “fraktal qrafika” çox sürətlə yayılan kompüter qrafikası istiqamətlərindən biridir və onun riyazi əsası fraktal həndəsədən götürülüb. Alimlər müxtəlif ölçmə əməliyyatlarını həyata keçirmək üçün həndəsənin ənənəvi üsullarını dəyişən fraktal anlayışından istifadə edirlər. Sənaye dizaynı məhsulların struktur və funksional xüsusiyyətlərini, eləcə də görünüşünü təyin etmək məqsədi daşıyan bədii və texniki fəaliyyət sahəsidir. Sənaye dizaynının inkişafı ideya yaratmaq, konseptual işlənmə, eskiz, prototipləmə, 3D modelləşdirmə, vizualizasiya kimi istiqamətləri əhatə edir. Fəaliyyət olaraq sənaye dizaynına sənət, marketinq və texnologiya elementləri daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [18:40]
AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər
- 19.04.2024 [18:26]
ADPU-da “Heydər Əliyev dərsləri” davam edir
- 19.04.2024 [18:04]
“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans
- 19.04.2024 [17:43]