İQTİSADİYYAT


“France3” telekanalında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində roluna həsr edilən veriliş yayımlanıb

Bakı, 27 noyabr, AZƏRTAC

Fransanın “France3” telekanalında yayımlanan “Avenue de l'Europe” verilişinin növbəti buraxılışı Avropanın enerji təhlükəsizliyinin təmin olunması və bu xüsusda Azərbaycanın oynadığı vacib rola həsr edilib.

AZƏRTAC xəbər verir ki, reportajda müəllif Azərbaycanın reallaşdırdığı nəhəng “Cənub Qaz Dəhlizi” layihəsinin Avropanın enerji təhlükəsizliyində böyük rol oynayacağını və bu məsələdə qitənin asılılığının azaldılmasına əhəmiyyətli töhfə verəcəyini diqqətə çatdırıb.

Vurğulanıb ki, ümumi uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizinin dəyəri 45 milyard avro qiymətləndirilir. Qitələri birləşdirəcək, Gürcüstan, Türkiyə, Yunanıstan və Albaniyadan keçərək İtaliyayadək uzanacaq qaz kəmərinin ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr təşkil edir.

Cənub Qaz Dəhlizinin Avropa üçün əhəmiyyətinə diqqət çəkən müəllif bildirib: “Bu, elə əhəmiyyətli layihədir ki, Avropa İnvestisiya Bankı onun həyata keçməsi üçün tarixinin ən böyük kreditlərindən birini ayırıb”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.