MƏDƏNİYYƏT


“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib

Bakı, 19 aprel, AZƏRTAC

Fransanın nüfuzlu “France-24” televiziya kanalının saytında müalicəvi Naftalan nefti haqqında “Azərbaycanda neft sağlamlıq deməkdir” sərlövhəli məqalə verilib.

AZƏRTAC xəbər verir ki, məqalədə Azərbaycanın şimal-qərbində yerləşən Naftalan şəhərinin neftdən müalicə məqsədləri üçün istifadəyə görə məşhur olması barədə məlumat verilir. Müəllif poliartrit, artrit xəstəliklərindən əziyyət çəkən insanların müalicə məqsədilə Naftalana getdiklərini, buraya üz tutanların 10 günlük müalicədən sonra dərmandan istifadəni kifayət qədər azaltdıqlarını və özlərini əla hiss etdiklərini vurğulayır.

Məqalədə bildirilir ki, bu qeyri-adi kurort məkanı Qafqazda, Dağlıq Qarabağ ərazisindən bir neçə kilometr aralıda yerləşir.

Yazıda Azərbaycanın iqtisadiyyatında neft ixracının vacib rol oynadığı vurğulanır. Müəllif qeyd edir ki, neftin beşiyi olan Azərbaycanda qara qızılın kəşfi XIX əsrin ortalarına gedib çıxır. Naftalan nefti nadir xüsusiyyətləri ilə tanınır və bu, şəhəri əsas müalicə mərkəzlərindən birinə çevirir. İnsanlar buradan çox razılıq edirlər və hazırda şəhərdə xəstəliklərdən əziyyət çəkən pasiyentlərə məxsus əşyaları əks etdirəcək muzey tikilir. Ötən əsrin 80-ci illərində Naftalan ildə 70 min pasiyent qəbul edib. İllər keçdikcə sanatoriyada müalicə metodları təkmilləşdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.