İDMAN


“France Football” nəşri tarixin ən yaxşı 20 hücumameyilli yarımmüdafiəçisinin adını açıqlayıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Fransanın “France Football” nəşri tarixin ən yaxşı 20 hücumameyilli yarımmüdafiəçisinin adını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, ən yaxşı hücumameyilli yarımmüdafiəçilərin siyahısında Roberto Bacco, Sandro Matsola, Canni Rivera, Françesko Totti (hamısı İtaliya), Pele, Sokrates, Ziko (hər üçü Braziliya), Mişel Platini, Zineddin Zidan, Raymon Kopa (hamısı Fransa), Ladislao Kubala, Ferenç Puskas (hər ikisi Macarıstan), Alfredo Di Stefano, Dieqo Maradona (hər ikisi Argentina), Enzo Françeskoli, Xuan Alberto Skyaffino (hər ikisi Uruqvay), Georgi Haci (Rumıniya), Bobbi Çarlton (İngiltərə), Andres İniesta (İspaniya) və Ruud Qullit (Hollandiya) yer alıblar.

Siyahıda hazırda yaşıl meydanlara çıxış edən yeganə futbolçu Yaponiyanın “Vissel Kope” komandasının yarımmüdafiəçisi Andres İniestadır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.