İDMAN


“France Football” nəşri tarixin ən yaxşı 20 yarımmüdafiəçisinin adını açıqlayıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Fransanın “France Football” nəşri tarixin ən yaxşı 20 yarımmüdafiəçisinin adını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, ən yaxşı yarımmüdafiəçilərin siyahısında Yozef Bozik (Macarıstan), Jerson, Didi, Paulo Falkao (hər üçü Braziliya), Serxio Busqets, Xosep Qvardiola, Xavi Hernandes, Luis Suarez Miramontes, Xavi Alonso (hamısı İspaniya), Lotar Matteus, Bernd Şuster (hər ikisi Almaniya), Yosef Masopust (Çexiya), Stiven Cerrard (İngiltərə), Frank Raykard, Yohan Neeskens, Klarens Zeedorf (hər üçü Hollandiya), Andrea Pirlo, Marko Tardelli (hər ikisi İtaliya), Fernando Redondo (Argentina) və Jan Tiqana (Fransa) yer alıblar.

Siyahıda hazırda yaşıl meydanlara çıxış edən yeganə futbolçu “Barselona”nın yarımmüdafiəçisi Serxio Busqetsdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.