İDMAN
Françesko Toldo: Azərbaycan bütün dünyanın izləyəcəyi tədbirə ev sahibliyi edir
Bakı, 25 may, Nicat Məmmədov, AZƏRTAC
Bakı fantastik və müasir şəhərdir. Azərbaycan bütün dünyanın izləyəcəyi bir tədbirə ev sahibliyi edir. Bu, möhtəşəm hadisədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri UEFA Avropa Liqasının final matçı ilə əlaqədar Dənizkənarı Milli Parkda təşkil olunan azarkeş festivalında iştirak edən İtaliya millisinin sabiq qapıçısı Françesko Toldo jurnalistlərə müsahibəsində deyib.
UEFA Avropa Liqasının final görüşü ilə bağlı fikirlərini bölüşən F.Toldo qeyd edib: “Mayın 29-da həlledici görüşdə iki ingilis komandası üz-üzə gələcək. Final görüşündə “Çelsi”nin şanslarını daha yüksək qiymətləndirirəm. Ümidvaram, növbəti mövsümdə İtaliya da finalda təmsil oluna bilər. Hesab edirəm ki, “Çelsi” italiyalı baş məşqçinin komandaya gəlişindən sonra daha da güclənib. Kimin qalib gələcəyini demək çətindir. Ümidvaram, “Çelsi” qələbə qazanacaq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [17:43]
Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib
- 19.04.2024 [16:23]
Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir
- 19.04.2024 [16:01]
Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır
- 19.04.2024 [15:55]
“Qəbələ” israilli futbolçu ilə vidalaşıb
- 19.04.2024 [15:51]
PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ
- 19.04.2024 [15:19]
MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub
- 19.04.2024 [15:12]