MƏDƏNİYYƏT


Frans Kafkanın ikicildlik “Seçilmiş əsərləri” nəşr olunub

Bakı, 12 aprel, AZƏRTAC

150 cildlik “Dünya ədəbiyyatı inciləri” seriyasının ilk nəşri – dahi Avstriya yazıçısı, əsərləri ilə XX əsr dünya ədəbiyyatında yeni mərhələ yaratmış Frans Kafkanın ikicildlik “Seçilmiş əsərləri” kitabı işıq üzü görüb.

Dövlət Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, “Hekayələr”, “Pritçalar”, “Gündəliklər”, “Xatirələr” “Romanlar” kimi fəsillərdən ibarət kitaba yazıçının orijinaldan tərcümə edilmiş “Hökm”, “Çevrilmə”, “Yuva”, “Bir savaşın təsviri”, “Ocaqçı”, “Bədbəxtlik”, “Cəza koloniyası”, “Balaca qadın”, “Kənd həkimi”, “Müğənni Jozefina” kimi məşhur hekayələri, “Körpü”, “Çalağan”, “Yuxu”, “İmtahan”, “Qaçış”, “Qonşu”, “Gecə”, “Poseydon” və digər pritçaları, “Məhkəmə”, “Qəsr” romanları, gündəlik və müsahibələri daxil edilib.

Əsərləri alman dilindən tanınmış tərcüməçilər Vilayət Hacıyev, Çərkəz Qurbanlı, Yusif Savalan və digərləri tərcümə edib. Kitabın tərtibçisi Mahir N.Qarayevdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.