SİYASƏT
Fransa Azәrbaycanlılarının Koordinasiya Şurası Ermənistanın son təxribatı ilə bağlı bəyanat yayıb
Paris, 14 iyul, AZƏRTAC
Parisdə fəaliyyət göstərən Fransa Azərbaycanlılarının Koordinasiya Şurası Ermənistan silahlı qüvvələrinin Ermənistan–Azərbaycan sərhədində törətdikləri təxribatla bağlı bəyanat yayıb.
AZƏRTAC xəbər verir ki, Fransa Azərbaycanlılarının Koordinasiya Şurası bəyanatı bu ölkənin aidiyyəti dövlət qurumlarına göndərəcəyini bildirib.
Bəyanatda Ermənistanın ölkəmizə qarşı illərdir davam edən hərbi təcavüz siyasətinin regionda sülhə, sabitliyə və inkişafa qarşı ən böyük təhdid olduğu bir daha vurğulanıb, işğalın beynəlxalq təşkilatların diqqətinə çatdırılması üçün diaspora üzvləri sosial şәbәkәlәrdә fəal olmağa və #Karabakhestl'Azerbaïdjan! #Arrêtezl'agressionarménienne hәştәqlәri ilә paylaşımlar etmәyә səslənilib.
Fransa Azәrbaycanlılarının Koordinasiya Şurası dünyadakı bütün diaspora üzvlərimizi birləşməyə və erməni riyakarlığını bütün dünyaya tanıtmağa çağırıb.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris