SİYASƏT


Fransa Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb VİDEO

Paris, 2 oktyabr, AZƏRTAC

Fransada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının nümayəndələrinin Parisdə növbəti toplantısı keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev iştirak ediblər.

Toplantıda diaspor fəaliyyəti, aktual məsələlər və qarşıda duran vəzifələr barədə ətraflı fikir mübadiləsi aparılıb. Diaspor fəaliyyətinin daha da səmərəli olması məqsədilə müxtəlif təkliflər səsləndirilib və bu təkliflər iştirakçılar tərəfindən nəzərdən keçirilib.

Fransada yaşayan soydaşlarımızın daha sıx birləşməsinin və diaspor təşkilatlarımızın fəaliyyətinin əlaqələndirilməsinin zəruriliyi vurğulanıb və bu məqsədlə Fransa Azərbaycanlılarının Koordinasiya Şurasının təsis edilməsi qərara alınıb.

Nantda fəaliyyət göstərən Fransada Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Toğrul Zeynalov Koordinasiya Şurasının əlaqələndiricisi seçilib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.