SİYASƏT


Fransa Brüssel görüşünü alqışlayır

Paris, 24 may, AZƏRTAC

Fransa Avropa Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında mayın 22-də Brüsseldə təşkil olunmuş görüşün nəticələrini alqışlayır. Bu görüş iki tərəfə sərhəd məsələləri üzrə ikitərəfli komissiyanın sürətli iclası barədə razılığa gəlməyə imkan verdi.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Fransa Xarici İşlər Nazirliyinin yaydığı kommunikedə əks olunub.

“Fransa Avropa İttifaqının himayəsi altında Ermənistan və Azərbaycan arasında başlanmış dialoqu dəstəklədiyini bir daha təsdiqləyir və bu dialoqa öz milli imkanları daxilində, Avropa İttifaqı Şurasının Prezidenti və ATƏT-in Minsk qrupunun həmsədri kimi töhfə verməkdə davam edəcək”, - deyə məlumatda qeyd olunub.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.