DÜNYA
Fransa DİN: Nitsada hadisəni törədən şəxsin terrorçularla əlaqəsi aşkarlanmayıb
Bakı, 18 iyul, AZƏRTAC
Nitsa şəhərində terror hadisəsi törətmiş yük maşınının sürücüsü Məhəmməd Buhlel ilə terror təşkilatları arasında bağlılıq aşkarlanmayıb.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə RTL radiostansiyasının efirində çıxışı zamanı Fransanın daxili işlər naziri Bernar Zaznev bildirib.
Xatırladaq ki, iyunun 14-də axşam saatlarında Fransanın Nitsa şəhərində sürücü yük avtomobilini küçədə bayram şənliyi ilə əlaqədar gəzintiyə çıxan insanların üzərinə sürüb. Şahidlərin ifadəsinə görə, yük maşını dayanmadan ziqzaqvarı hərəkət edərək təxminən 2 kilometr məsafədə insanları əzib. Bundan sonra terrorçu polis əməkdaşları ilə atışmağa başlayıb və öldürülüb.
İnsident nəticəsində aralarında xarici ölkə vətəndaşlarının da olduğu 84 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. Hadisə ilə əlaqədar 6 nəfərin saxlandığı bildirilir.