DÜNYA


Fransa DİN: “Sarı jiletlər” etiraz aksiyasının 14-cü aktında 41 min 500 nümayişçi iştirak edib

Paris, 17 fevral, AZƏRTAC

Fransa Daxili İşlər Nazirliyinin məlumatına əsasən “sarı jiletlər”in etiraz aksiyasının 14-cü aktında 41 min 500 nümayişçi iştirak edib ki, onlardan 5 mini Parisdə olub. Paytaxtda 23 nümayişçi dindirilib. “İnvalid” meydanında nümayişçilər dağılaraq şəhərin küçələrinə səpələniblər. Ruan şəhərində avtomobilin nümayişçilərin üzərinə sürülməsi nəticəsində üç nəfər yaralanıb.

“Sarı jiletlər” hərəkatı başlayandan ilk dəfə olaraq nümayişlərin iki gün davam edəcəyi və aksiyaçıların fevralın 17-də yenidən küçələrə axışacaqları bildirilib.

Üç aydır davam edən nümayişlərdən yorulmalarına baxmayaraq, “sarı jiletlər” etiraz aksiyalarını davam etdirməkdə israrlı olduqlarını bildiriblər.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.