DÜNYA


Fransa Milli Assambleyası siyasi partiyaların xaricdən maliyyələşdirilməsi ilə bağlı araşdırma komissiya yaradıb

Paris, 26 sentyabr, AZƏRTAC

Fransa Milli Assambleyası siyasi partiyaların xaricdən maliyyələşdirilməsi ilə bağlı araşdırma komissiya yaradıb.

AZƏRTAC xəbər verir ki, fransalı parlamentariləri bununla bağlı iclas keçiriblər.

İştirakçılar ki, ABŞ tərəfindən Rusiyanın bir neçə ölkədə siyasi partiyalara yüz milyonlarla avro ödəməsinə dair məxfiliyi ləğv edilmiş hesabatları ictimailəşdirildikdən sonra Fransa Milli Assambleyasında Moskva tərəfindən bu ölkədə siyasi partiyaların maliyyələşdirilməsini araşdırmaq məqsədilə “parlament araşdırması komissiyası” yaratmaq çağırışı səsləndiriblər.

Komissiya üzvləri bildiriblər ki, Rusiya tərəfindən korrupsiya yolu ilə ələ alınmış fransız siyasətçiləri varsa, fransızlar bunu bilməlidirlər. Bəzi fransız deputatlar Fransada narahatedici faktların olduğunu qeyd ediblər. Parlament komissiyası, ümumiyyətlə, siyasi partiyaların xaricdən maliyyələşdirilməsini araşdıracaq.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.