SİYASƏT


Fransa Milli Assambleyasının saytında yerləşdirilən məlumatda Azərbaycanın Birinci vitse-prezidenti ilə görüşdən bəhs edilir

Paris, 15 mart, AZƏRTAC

Fransa Milli Assambleyasının rəsmi saytında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu qurumun sədri Rişar Ferranla görüşü barədə məlumat yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın Fransa ilə əlaqələrinin inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyan bu səfər zamanı Birinci vitse-prezident Mehriban Əliyevanın Milli Assambleyanın sədri Rişar Ferran ilə görüşündə Azərbaycan-Fransa əlaqələrinin inkişafından məmnunluq ifadə edilib. Milli Assambleyanın sədri parlamentlərarası əlaqələrin inkişafında maraqlı olduqlarını bildirib. İkitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin önəmindən danışılıb, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb.

Qeyd edək ki, səfər zamanı Fransa rəsmiləri ilə keçirilən görüşlər, aparılan danışıqlar ikitərəfli siyasi, iqtisadi, mədəni və elmi sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi, əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi və konkret layihələrin həyata keçirilməsi ilə bağlı geniş perspektivlər açıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın bu səfəri Fransanın Azərbaycanla münasibətlərə böyük önəm verdiyini, ölkəmizlə əməkdaşlıqda maraqlı olduğunu bir daha təsdiqləyir.

Şəhla Ağalarova

AZƏTRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.