İQTİSADİYYAT


Fransa Müəssisələr Hərəkatının prezidenti Bakıya səfər edəcək

Paris, 9 aprel, AZƏRTAC 

Bu ilin iyul ayında Fransa Müəssisələr Hərəkatının (MEDEF) prezidenti Jöfrua Ru dö Bözye “MEDEF International” təşkilatının müəssisələrinin təmsilçilərindən ibarət nümayəndə heyəti ilə Bakıda səfər edəcək. Bu, MEDEF-in prezidentinin Qafqaz regionuna ilk səfəridir.

AZƏRTAC xəbər verir ki, MEDEF-dən verilən məlumata əsasən, təşkilatın prezidentinin səfəri ötən ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və bu ilin martında isə Birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya səfərlərinin, eləcə də Fransa-Azərbaycan Hökumətlərarası Komissiyanın fəaliyyətinin davamıdır.

İqtisadi əlaqələrin inkişafını və əməkdaşlıq sektorlarının şaxələndirilməsini sürətləndirmək məqsədi daşıyan səfər zamanı müxtəlif sahələr üzrə bir sıra görüşlər keçiriləcək, həmçinin qonaqlar Azərbaycanda aparılan iqtisadi islahatlarla tanış olacaqlar.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.