DÜNYA


Fransa Prezidenti Emmanuel Makron Serbiyaya rəsmi səfər edəcək

Belqrad, 10 iyul, AZƏRTAC

Fransa Respublikasının Prezidenti Emmanuel Makron iyulun 15-16-da Serbiyada rəsmi səfərdə olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Serbiyanın Dövlət İnformasiya Agentliyi (TANJUG) məlumat yayıb.

Səfər zamanı E.Makron ilə serbiyalı həmkarı ilə iqtisadi və siyasi sahələrdə əməkdaşlıq, Serbiyanın Aİ-yə daxil olması məsələlərini, həmçinin Kosovodakı vəziyyəti müzakirə edəcək.

Səfər zamanı təxminən 20 sazişin imzalanacağını nəzərdə tutulur.

Qeyd edək ki, Emmanuel Makron son 18 ildə Serbiyaya səfər edən ikinci Fransa Prezidenti olacaq. Ondan əvvəl Jak Şirak 2001-ci ildə Serbiyada səfərdə olub.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.