DÜNYA


Fransa Senatı fövqəladə sanitar vəziyyətin müddətini uzadıb

Paris, 31 oktyabr, AZƏRTAC

Fransa Senatında COVID-19 epidemiyası ilə bağlı fövqəladə sanitar vəziyyətin müddəti uzadılıb.

AZƏRTAC xəbər verir ki, hökumət fövqəladə sanitar vəziyyətin müddətini fevralın 16-a qədər uzatmağı tövsiyyə etsə də, senatorlar yanvarın 31-dək uzadıblar.

Həmçinin Senat fövqəladə sanitar vəziyyət rejimindən çıxılmasının aprelin 1-dək uzadılması təklifini də ləğv edib və təcrid olunma rejimi tədbirlərinin həyata keçirilməsinə parlamentin nəzarətini nəzərdə tutub.

Senatda yeni təcridolma rejiminin dekabrın 8-dən sonra davam etməsi barədə yalnız qanunla icazə verilməsinə dair Respublikaçılardan olan məruzəçinin etdiyi dəyişikliyə yekdilliklə səs verilib.

Təcridolma rejimi ilə bağlı layihə mətni oktyabrın 24-də Milli Assambleyada ilk oxunuşda qəbul olunub. Senatdakı səsvermədən sonra deputatlar və senatorlar ümumi layihə mətni üzərində işləyəcəklər. Razılıq olmadığı təqdirdə gələn həftə layihəyə yenidən hər palatada ayrılıqda baxılacaq.

Xatırladaq ki, iqtidar partiyasının əksəriyyət təşkil etdiyi Milli Assambleya son söz hüququna malikdir. Beləliklə deputatların layihə mətnini istədikləri kimi tərtib edəcəkləri bildirilir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.