DÜNYA


Fransa benzinlə işləyən və dizel yanacaqlı avtomobillərin satışına qadağa qoyacaq

Bakı, 19 iyul, AZƏRTAC

ABŞ-ın “Paris İqlim Sazişi”ndən geri çəkiləcəyini açıqladığı zamanda Fransa böyük bir addım ataraq, 2040-cı ildə benzinlə işləyən və dizel yanacaqlı avtomobillərin satışını bütövlüklə qadağa qoyacağını bəyan edib.

AZƏRTAC “telegraph.co.uk” saytına istinadla xəbər verir ki, Fransanın ekologiya naziri Nicolas Hulot növbəti beş il ərzində həyata keçirəcəkləri “İqlim planı”nı açıqlayıb. Nazir hədəfin ölkəni “yaşıl iqtisadiyyat” üzrə birinci etmək və 2050-ci ildə karbon qazının ətraf mühiti çirkləndirməsinə son vermək olduğunu bildirib. N.Hulot elektrik istehlakında kömür istifadəsini tamamən dayandıracaqlarını və enerji istehsalında sıxıntı olmamağı üçün təxmini 4 milyard avro investisiya xərcləyəcəklərini vurğulayıb. Öz enerji ehtiyaclarını istehsal etməyi planlayan hökumət 2022-ci ilə qədər ölkə ərazisində neft və qazın axtarışına son qoymaq istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.