İDMAN


Fransa çempionatı: Rauf Məmmədov birinci turda qələbə qazanıb

Bakı, 25 iyun, AZƏRTAC

Azərbaycan şahmatçılarının da qatıldıqları Fransanın Şalons-En-Şampan şəhərində klublar arasında ölkə çempionatının birinci turunun oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, 12 klubun iştirak etdiyi çempionatda “Chartres Echess”in heyətində Rauf Məmmədov və Namiq Quliyev mübarizə aparırlar.

Şahmatçımız Rauf Məmmədov yarışa qələbə ilə başlayıb. Namiq Quliyev isə rəqibi ilə heç-heçəyə razılaşıb.

İyulun 4-dək davam edəcək çempionat dairəvi sistem üzrə keçirilir və 11 turdan ibarətdir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.