İDMAN


Fransa çempionatının mart ayı üzrə ən yaxşı futbolçusu müəyyənləşib

Bakı, 16 aprel, AZƏRTAC

“Marsel” klubunun hücumçusu Mario Balotelli mart ayı üzrə Fransa çempionatının ən yaxşı futbolçusu seçilib.

AZƏRTAC Fransa mətbuatına istinadla xəbər verir ki, 28 yaşlı italiyalı hücumçu keçirilən səsvermədə birinci yerə layiq görülüb. O, birincilik uğrunda mübarizədə 45 faiz səs toplayıb. “Paris Sen-Jermen”in 20 yaşlı hücumçusu Kilian Mbappe isə 35 faiz səslə ikinci olub. İlk üçlüyü “Lion” klubunun hücumçusu Mussa Dembele 20 faiz səslə tamamlayıb.

Kilian Mbappe və Mussa Dembele mart ayında Liqa 1-də iştirak etdikləri 4 oyunda 5 qol vurublar. Mario Balotelli Marsel təmsilçisinin heyətində keçirdiyi 4 qarşılaşmada 4 dəfə fərqlənib.

Qeyd edək ki, italiyalı hücumçu sonuncu qış transfer pəncərəsində “Nitsa” komandasında “Marsel” klubuna transfer olunub. O, cari mövsümdə Marsel təmsilçisinin heyətində keçirdiyi 9 qarşılaşmada 7 qol vurub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.