Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Fransa dünya siyasətinə ədalətsizlikdən başqa heç nə bəxş etməyib

Fransa dünya siyasətinə ədalətsizlikdən başqa heç nə bəxş etməyib

Bakı, 2 dekabr, AZƏRTAC

Fransanın tarix boyu həyata keçirdiyi qətliamlar və siyasi münasibətlər sistemini çirkləndirməsi hamı tərəfindən qəbul edilən reallıqdır. Fransa dayanmadan qlobal proseslərə neqativ tendensiyalar ixrac edir. Rəsmi Parisin bütün aqressiv siyasi xətti nəticəsində indi Fransada saysız narazı vətəndaşlar var və onlar sari jiletlərlə Fransadakı klassik qəsb şüuruna qarşı mübarizə aparırlar. Afrikadakı müstəmləkələrində müstəmləkəçilik fəaliyyəti çərçivəsində müstəmləkələr quraraq böyük insan hüquqları pozuntularına yol verən Fransanın tarixində qırğınlar beynəlxalq ictimai rəyin vicdanını narahat etməkdə davam edir. Bu ölkə 1524-cü ildə başladığı müstəmləkəçilik fəaliyyəti ilə Afrikanın qərbində və şimalında 20-dən çox ölkədə hökmranlıq qurub. Afrikanın 35 faizi 300 il Fransanın nəzarətində qaldı. Seneqal, Fil Dişi Sahili və Benin kimi ölkələr o illərdə Fransanın qul ticarəti mərkəzləri kimi istifadə edilib və bölgədəki bütün resurslar istismar olunub.

Afrikada davam edən müstəmləkəçilik dövründə bu üsyanlar şiddətlə yatırılıb və 2 milyondan çox afrikalı həyatını itirib. Fransanın dünya müharibələrində müstəqillik vədi ilə öz sıralarında vuruşduğu ölkələrin xalqlarının başlatdığı üsyanlar da zorakılıqla yatırıldı. Bölgədəki 5 əsrlik müstəmləkəçilik dövrü və müstəqillik müharibələri 2 milyondan çox afrikalının həyatı bahasına başa gəlib. İkinci Dünya müharibəsinin bitməsinə az qalanda müstəqillik vədi ilə Fransanın tərəfində vuruşan əlcəzairlilərin başlatdığı nümayişlərdə minlərlə əlcəzairli fransız əsgərləri tərəfindən öldürülüb. Tarixə “8 May 1945-ci il Setif və Quelma” qırğını kimi keçən hadisələrdən Əlcəzairin müstəqilliyini əldə etdiyi 1962-ci ilə qədər zorakılıq sistemli şəkildə davam etdi. Əlcəzair Qurtuluş Döyüşündə fransızlar 1 milyon insan həyatına son qoyublar.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq Tural İsmayılov söyləyib.

O qeyd edib ki, Fransanın 1830-cu ildən bəri Əlcəzair cəmiyyətini mədəni soyqırımı ilə baş-başa qoyduğu məlumdur. Öz yerli kimliyi ilə yanaşı Əlcəzairin 300 illik Osmanlı tarixinin məhvinə səbəb olan Fransa ölkədəki bir çox mədəni və dini abidələri öz mülahizəsinə uyğun olaraq transformasiya edib. Soyqırımında Fransanın rolu olduğu üzə çıxıb: “Ruanda soyqırımından bir az əvvəl bölgədəki fransız əsgərlərinin aldıqları kəşfiyyat məlumatlarını dəyərləndirmədiyi və bölgəni tərk etdiyi, bəzi fransız əsgərlərinin isə qətliamları şəxsən dəstəklədiyi beynəlxalq hesabatlarda əksini tapmışdı. Fransa ölkənin cənub-qərb hissəsində sığınacaq axtaranlar üçün təhlükəsiz zona yaratmaq üçün iyunun 23-də “Firuzəyi” əməliyyatına başlayıb. Bununla belə, Ruandada soyqırımın qarşısını almaq əvəzinə, soyqırımı törədən Hutu hökumətinə silah və məlumat verdiyi aşkarlanan Fransaya qarşı hələ də davam edən çoxlu beynəlxalq məhkəmələr var. Fransanın keçmiş Prezidenti Fransua Mitteran 1998-ci ildə “Le Figaro” qəzetinə verdiyi müsahibədə “əgər həmin ölkələrdə soyqırımı varsa, o qədər də böyük məsələ deyil”, demişdi. Onun bu ifadəni işlətməsi hələ də beynəlxalq ictimaiyyətə məlum olan faktdır. Fransanın Mediapart internet saytı Fransa Xarici Kəşfiyyat İdarəsi DGSE-yə aid sənədə əsaslanan "Ruanda soyqırımı: Fransanın yalanları ifşa olundu" başlıqlı hesabatında Fransanın təxminən 800 min Tutsinin Hutu tərəfindən öldürüldüyü Ruanda soyqırımının əsl günahkarlarını gizlətdiyini bildirib.

T.İsmayılov bildirib ki, tarixi keçmişi qaranlıq olan Fransanın bu gün başqa regionlar haqqında hansısa vasitəçiliyi əsla qəbul edilə bilməz. Fransada ifrat sağçıların yüksəlişi, islamofobiya, qaçqınların rədd edilməsi və ümumiyyətlə, populizmin yayılması xalqın seçki hüququ və milli suverenlik anlayışları ilə birbaşa ziddiyyət təşkil etmir, əksinə güclənən liberal demokratik sistemə meydan oxuyur. Fransada təkcə liberal dəyərlər deyil, bütün demokratik rejim və təmsilçilik sistemi dərin böhran yaşayır. Son iyirmi ildə keçirilən seçkilərdə siyasi iştirakın kritik həddə düşməsi, ictimaiyyətin siyasətçilərə qarşı skeptisizmi və klassik siyasi sistemə inamsızlığı ilə bağlı sorğulara nəzər saldıqda görürük ki, Fransanın demokratik quruluşu bütövlükdə laxlayıb.

Politoloqun sözlərinə görə, Azərbaycan və Türkiyə əleyhinə qəbuledilməz siyasət həyata keçirən Fransanın daxilində böyük ikitirəliklər mövcuddur. Küçədə səslənən fikir budur ki, Makron varlıları daha varlı, kasıbları isə kasıb edən siyasət yürüdür. Fransanın ciddi siyasi problemləri (bəziləri onlardan qaynaqlanır), eləcə də ortaya çıxan iqtisadi-sosial problemləri var. Məsələn, keçmiş müstəmləkələrindən xüsusi statusa malik Yeni Kaledoniyada gələn il ikinci öz müqəddəratını təyinetmə referendumu keçiriləcək. “Xeyr” tərəfdarlarının qazandığı ilk səsdən sonra müstəqillik tərəfdarları artır. Gün gələcək ki, Yeni Kaledoniya və bütün koloniyalar müstəqillik əldə edəcəklər. Etiraf etmək lazımdır ki, hər bir müstəmləkəçi ölkə kimi Fransanın da xaricdə yaşayan xalqlara “sivilizasiya gətirmək” missiyası çoxdan başa çatmışdır.

Politoloq qeyd edib ki, Fransa parlamentinin palatalarında Azərbaycan əleyhinə qəbul edilən qərarların heç bir hüquqi əsası yoxdur. Fransa hakimiyyəti bu qətnamənin onların mövqeyini ifadə etmədiyini desə də hakim partiya funksionerlərinin “qətnamədə” fəallığı görünən mənzərədir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Quterreş Azərbaycan və Ermənistanı münasibətlərin normallaşması üçün bütün məsələləri həll etməyə çağırıb

Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib

Ekvadorda enerji böhranı ilə əlaqədar iki ay müddətinə fövqəladə vəziyyət rejimi tətbiq edilib

OLED-displeyləri ilə təchiz edilmiş ilk bank kartı təqdim olunub

Koronavirus infeksiyasının müalicəsi üçün yeni molekul yaradılıb

Bərənin Neapol limanının körpüsünə çırpılması nəticəsində 30-a yaxın insan yaralanıb

Çexiyanın dövlət borcu 136 milyard dollara yüksəlib

ABŞ İsrailə 1 milyard dollarlıq mərmi tədarükü imkanını araşdırır

G7 ölkələri Ukraynanın hava hücumundan müdafiəsini gücləndirəcəklər

Haiti Fransadan milyardlarla ölçülən təzminat tələb edir

Niderland Ukraynaya hərbi yardım göstərmək üçün 200 milyon avrodan çox vəsait ayıracaq

ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb

Superliqa: "Beşiktaş" doğma meydanda qalib gəlib

Bakı Kitab Mərkəzində “Azərbaycan İrəvanı” sənədli filmi təqdim olunub

“Bloomberg”: Almaniya yeni “Patriot” batareyaları almağı düşünür

Beynəlxalq Bərpa Olunan Enerji Mənbələri Agentliyinin Assambleyasının 14-cü sessiyası başa çatıb

Stoltenberq: NATO-nun müdafiə nazirləri Ukraynaya daha çox hərbi dəstək verməyə razılaşıblar

Gürcüstanda fəaliyyət göstərən QHT-lərin 90 faizi xaricdən maliyyələşir

BDU-da “Gələcəyin alimləri” adlı tələbələrin IX elmi konfransı keçirilib

ADAU-da keçirilən fakültələrarası futbol turniri yekunlaşıb

Cəfər Cabbarlının 125 illik yubileyi qeyd olunub

Sərnişin ehtiyatsızlıq səbəbindən metronun stansiya yoluna düşüb

İstanbulda torpaq sürüşməsi baş verib

Cenevrədə keçiriləcək “Türk həftəsi”ndə türkdilli dövlətlərin mədəni irsi tanıdılacaq

Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib

Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib

İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb

“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı olub VİDEO

Tanınmış şair, tərcüməçi Sabir Almazovun xatirəsi anılıb

Energetika naziri: Bu il Azərbaycanda daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun açılış mərasimi olub

Dövlət Agentliyinin İdarə Heyətinin sədri Daşkəsən və Göygöl rayon sakinlərinin müraciətlərini dinləyib

Güclü külək Ağstafada bir sıra fəsadlar törədib VİDEO

Azərbaycan və Qazaxıstan Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsini müzakirə edib

Xalq rəssamı Aydın Rəcəbovun 80 illik yubileyinə həsr olunmuş “Bir ömrün naxışları” sərgisi açılıb

Premyer Liqa: “Sumqayıt” Tovuzda vacib üç xalı qazanıb

Milli Məclisdə 14 məsələ müzakirə olunub, müvafiq qərarlar verilib YENİLƏNİB

Çin mütəxəssisləri Türkmənbaşı limanının imkanları ilə tanış olublar

Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib

Ceyhun Bayramov Əlcəzair səfirini bölgədəki cari vəziyyət barədə məlumatlandırıb

® “Bakcell”in baş icraçı direktoru Xankəndidə jurnalistlərlə görüşüb

Azərbaycanda icra edilən ürək əməliyyatı barədə məqalə ABŞ-ın nüfuzlu jurnalında dərc olunub

Hərbi liseyin 53 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirilib VİDEO

Gürcüstanda yaşayan azərbaycanlılar dövlət proqramları və xidmətlər barədə məlumatlandırılıb

İqtisadiyyat nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətini dinləyib

ADSEA sədri Zaqatalada vətəndaşlarla görüşüb

Bakıda keçiriləcək beynəlxalq elmi konfransın iştirakçıları Qarabağa səfər ediblər

Əqli Mülkiyyət Agentliyində ixtiraçılıq və patent analitikası mövzusunda təlim keçirilib

® “Azercell”in dəstəyi ilə tələbələr arasında “Techcell” hakatonu keçiriləcək

Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb

“Azərbaycan Hava Yolları” Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub

AzTU əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

® “Global Finance” “Kapital Bank”ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb

İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb

Azərbaycan-İtaliya çoxölçülü strateji tərəfdaşlıq münasibətləri müzakirə edilib

Aqrar Sığorta Fondunun İdarə Heyətinin sədri Göyçayda vətəndaşların müraciətlərini dinləyəcək

® Mərkəzi Gömrük Hospitalında “Abbott” şirkətinin nümayəndələri ilə onlayn görüş keçirilib

ADPU-da “Heydər Əliyev dərsləri” davam edir

EMTA ETRA ilə birgə Bakıda beynəlxalq seminar təşkil edib

Naxçıvanda “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır” mövzusunda tədbir təşkil edilib

Kənd Təsərrüfatı Nazirliyi 2024-cü il üçün doktorantura və dissertanturaya qəbul elan edir

Qazaxıstanda yaşayan Qərbi azərbaycanlılar tarixi vətəni görmək arzusunu dilə gətiriblər

Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb

Azərbaycan ilə Yaponiya arasında turizm əlaqələrinin perspektivləri müzakirə olunub

“Güclü cəmiyyətin zərif simaları” layihəsinə start verilib

ADPU ilə Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi əməkdaşlıq məsələlərini müzakirə edib

FHN-nin qurumları arasında stolüstü tennis üzrə çempionata yekun vurulub

“60 çiçək - bir çələng” almanaxının təqdimatı olub

Sahibkarlarla görüşdə quşçuluğun inkişaf perspektivləri müzakirə olunub

“Məhəmməd Füzuli və Şərq folkloru” - elmi konfrans

Türkiyə və İranın xarici işlər nazirləri regiondakı son vəziyyəti müzakirə ediblər

Fransanın səfirini geri çağırması Brüssel görüşündəki gizli razılaşmada nəzərdə tutulanların reallaşdırılmasına xidmət edir - RƏY

“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb

İsveçrədə “tarakanabənzər dron” hazırlanıb

® “PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti”ndə yutubun həmtəsisçisi çıxış edəcək

İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib

Nyu-Yorkda azərbaycanlı gənclərlə şəbəkələşmə görüşü baş tutub

Xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Ürək xəstəliklərinə qalib gəlməyin təbii yolları

“Sabahın alimləri” XIII respublika müsabiqəsinin bağlanış mərasimi keçirilib

Konfrans Liqası: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

“Gənc istedadlar” liseyinin şagirdləri “Sabahın alimləri” XIII Respublika müsabiqəsinin qalibləri sırasında

Sumqayıtda “Heydər Əliyev irsi” kitabının təqdimatı keçirilib

“Qarabağ atları”, “Böyük alma”, “Əjdaha”... – AĞ ŞƏHƏRDƏN FOTOREPORTAJ

Rəsədxanada ustad dərsi: Günəş sisteminin kiçik göy cisimləri, kometalar

“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb

DİM: 20 dövlət orqanında mövcud olan 43 vakant vəzifə daxili müsahibəyə çıxarılıb

Ödənişi gecikdirilmiş 35 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin edilib

BDU-da çiçəkəkmə aksiyası

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edib

Bu il DİN və prokurorluq üzrə qeydə alınan 8 min 930 cinayətin 85 faizi açılıb

CFCM: Fransada islamofobiya halları son dərəcə artıb

Ombudsman fərdi qaydada vətəndaşların müraciətlərini dinləyib

Gəncədə regional müşavirə: Meşə və meşəətrafı ərazilərdə yanğın təhlükəsizliyi

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi Komissiyasının 8-ci görüşünün yekunlarına dair mətbuat açıqlaması VİDEO

Bu il Ağgöl Milli Parkında 78 minə yaxın ornitofauna nümunəsi qeydə alınıb