DÜNYA


Fransa: etirazlar zamanı 120-dən çox polis yaralanıb, 80-dən artıq nümayişçi saxlanılıb VİDEO

Fransa: etirazlar zamanı 120-dən çox polis yaralanıb, 80-dən artıq nümayişçi saxlanılıb VİDEO

Bakı, 24 mart, AZƏRTAC

Cümə axşamı Fransada pensiya islahatına qarşı keçirilən etirazların yatırılması zamanı azı 123 polis və jandarm zabiti yaralanıb, 80-dən çox nümayişçi saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər Nazirliyinin rəhbəri Cerald Darmanin məlumat verib.

Pensiya islahatına qarşı ümumi etirazın doqquzuncu günündə, martın 23-də Parisdə nümayişçilərlə polis arasında toqquşma baş verib. Polis əməkdaşları gözyaşardıcı qazdan istifadə ediblər.

Həmin gün Marsel, Tuluza, Renn, Nant, Nitsa, Bordo, Tulon və Lionda da nümayişlər keçirilib. Bir çox şəhərdə aksiyalar etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında şiddətli toqquşmalarla müşayiət olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.